Duma qondarma respublikalarla müqavilələri ratifikasiya etdi

15:13 - 22 Fevral 2022 - DÜNYA

Rusiyanın Dövlət Duması bu gün keçirilən iclasda Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR) ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri yekdilliklə ratifikasiya edib.

Bundan əlavə rusiyalı deputatlar ratifikasiya haqqında qanunlara dəyişiklik ediblər, bu dəyişikliklərə əsasən müqavilələr dərc edildiyi andan qüvvəyə minəcək.
Sənədləri Rusiya Prezidenti Vladimir Putin və qondarma respublikaların rəhbərləri - Denis Puşilin və Leonid Paseçnik imzalayıblar.

Müqavilələr rus rublunun istifadəsi də daxil olmaqla iqtisadiyyat, sərhədlərin müdafiə və mühafizəsi, etnik azlıqların hüquqlarının müdafiəsi və s. sahələri əhatə edir.///oxu.az

Xəbər xətti