FHN əməliyyat görüntülərini yaydı - VİDEO

13:48 - 22 Fevral 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ötən sutka ərzində 1 nəfər xilas olunub, həmçinin yanğınlar zamanı Ağdaş rayonunun Aşağı Ləki kəndində 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının və Şəki şəhərində 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti