Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanıldı

10:50 - 22 Fevral 2022 - HADİSƏ

Bakıda adam öldürməyə cəhd edən şəxs tutulub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir. Ondan “Escort” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanmışdır.

Xəbər xətti