Rubl dollar qarşısında ucuzlaşdı

01:02 - 22 Fevral 2022 - DÜNYA

Rublun məzənnəsi Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin tanınması məsələsi ilə bağlı ölkə vətəndaşlarına və həmvətənlərə televiziya ilə müraciəti ilə çıxışı fonunda aşağı düşüb. Bunu Moskva birjasının ticarət məlumatları göstərir. ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 23:08-də 3,51% (R 2,71) artaraq 80,01 R olub. Xatırladaq ki, Vladimir Putin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin Rusiya tərəfindən tanımaq barədə qərar qəbul edib.

Xəbər xətti