Rusiya hərbçi və sərhədçiləri Ukrayna ərazisindən təxribat-kəşfiyyat qrupunun Rusiyanın dövlət sərhədini pozmasının qarşısını alıblar.
"TASS" agentliyinin yaydığı məlumata görə, sərhədi pozan diversiya-kəşfiyyat qrupundan olan 5 nəfər öldürülüb.
"21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsində, Rusiya FSB sərhəd dəstəsi təxribat-kəşfiyyat qrupunun daxil olmasını aşkarlayıb, - mətbuat xidmətindən bildirilib.
Ukrayna Silahlı Qüvvələrinə məxsus iki piyada döyüş maşını (IFV) Ukrayna diversiya qrupunun təcili təxliyyəsi üçün Rusiya ərazisinə daxil olub, hər iki maşın Rusiyanın tank əleyhinə silahlarından açılan atəşlə məhv edilib.///unikal