Aİ Ukraynaya maliyyə yardımını təsdiqləyib

13:58 - 21 Fevral 2022 - DÜNYA

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya maliyyə yardımını təsdiqləyib.

APA-nın Aİ Şurasının saytına istinadən verdiyi xəbərə görə, Aİ Ukraynada sabitliyi gücləndirmək üçün kredit şəklində 1,2 milyard avroluq təcili makromaliyyə yardımını təsdiqləyib.

Bildirilib ki, Avropa Komissiyası öz təklifini təqdim etdikdən cəmi 21 gün sonra Aİ Şurası bu təklifə təsdiq verib.

Yardım 12 ay müddətində iki hissəli şəkildə Ukraynaya ödəniləcək.

Qeyd edək ki, mövcud geosiyasi gərginlik Ukraynanın iqtisadi və maliyyə sabitliyinə mənfi təsir göstərdiyindən, Aİ Ukraynaya bu iqtisadi yardımı ayırıb. Məqsəd böhran vəziyyətində dəstək vermək və Ukraynanın dayanıqlığını gücləndirməkdir.

Xəbər xətti