Qırıcı təyyarə qəzaya uğrayıb

11:07 - 21 Fevral 2022 - DÜNYA

İranda hərbi təyyarə qəzaya uğrayıb.

APA Tasnim agentliyinə istinadən xəbər verir ki, qəza Təbriz şəhərində baş verib.

Məlumata görə, İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə şəhərin Moncam bulvarındakı idman kompleksinin ərazisinə düşüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər xətti