Qanunsuz saxlanılan silahlar götürüldü

10:50 - 21 Fevral 2022 - HADİSƏ

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 19-da və 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

 

Xəbər xətti