Göyçayda ferma yandı, xeyli heyvan tələf oldu

10:42 - 21 Fevral 2022 - HADİSƏ

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə fevralın 21-də gecə saat 2:00 radələrində Göyçay rayonunun Qarayazı kəndi ərazisində yerləşən, 1986-cı il təvəllüdlü Məmmədov Yusif Şaməddin oğluna məxsus mal-qara fermasında qeydə alınıb. Ümumi sahəsi 150 kvadratmetr olan fermada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ferma və 4 ton ot bağlaması tamamilə yanıb. Fermada olan 30 baş iribuynuzlu heyvan da yanaraq tələf olub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti