Bakının Nizami rayonunda ağır qəza baş verib.
Hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Təxminən 60-65 yaşlı kişi hadisə yerində ölüb.
Məlum olub ki, ölən şəxs yaxınlıqdakı şadlıq sarayından çıxıb. Zərərçəkən bəyin dayısıdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.///Apa