Şamaxıda həmyerlisi bıçaqlayan gənc həbs olundu

09:34 - 21 Fevral 2022 - HADİSƏ

Şamaxıda bıçaqlanma hadisəsi olub.

Hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Rəvan Comərdov münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Xəyal Pənahovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. R. Comərdov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.///Apa

 

Xəbər xətti