Gəncədə 23 yaşlı gənci “PubG”yə görə bıçaqladılar

00:52 - 21 Fevral 2022 - HADİSƏ

Gəncədə 23 yaşlı gənc bıçaqlanıb. Ucnoqta.az xəbər verir ki, şəhərin Fərhad Əliyev küçəsində 2003-cü il təvəllüdlü İlkin Zülfüqarov 1999-cu il təvəllüdlü Rəvan Məmmədovu bıçaqlayıb. Qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə "PubG" oyunu üstündə baş verib. Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti