Ağcabədidə mənzildə meyit tapılıb

20:30 - 20 Fevral 2022 - HADİSƏ

Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti