Sabunçuda ev yanıb
17:40 - 20 Fevral 2022 - HADİSƏ
Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.