Bakıda ana və iki övladı öldürüldü - YENİLƏNİB

17:00 - 20 Fevral 2022 - HADİSƏ

Bakıda öldürülən şəxslərin adları məlum olub.

Ucnoqta.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Sabirabad rayon sakinləri, Gülnar Qaraxanlı və övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlıdır.

Məlumata görə, onlar paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindəki evdə kirayədə qalıblar.

İlkin ehtimala əsasən, qətlin G. Qaraxanlının əri tərəfindən törədildiyi bildirilir. Belə ki, iddiaya görə, qətl gecə saatlarında ailədaxili münaqişə zamanı baş verib. Onların meyitləri səhər saatlarında qonşular tərəfindən aşkar edilib. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda əraziyə polis və prokurorluq əməkdaşları gəlib, araşdırmalar aparılır.

16:37

Bakıda qətl hadisəsi olub.

Hadisə bu gün paytaxtın Nizami rayonu, "8-ci kilometr" qəsəbəsi, R.Rüstəmov küçəsində qeydə alınıb.


Naməlum şəxs və ya şəxslər adları hələlik bilinməyən ana və iki qızını yaşadıqları evdə bıçaqlayaraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.///lent.az

Xəbər xətti