Ucarda anbar yanıb

10:31 - 20 Fevral 2022 - HADİSƏ

Ucar rayonunda köhnə anbar yanıb.

Ucnoqta.az Fövqəladı Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, Ucar rayonunun Qazyan kəndində ümumi sahəsi 605 m² olan birmərtəbəli tikilinin (anbar kimi istifadə olunub, hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti