NATO Kiyevdəki ofisini bağlayır

22:14 - 19 Fevral 2022 - DÜNYA

NATO Kiyevdəki ofisini müvəqqəti bağlayır və əməkdaşlarını Brüssel və Polşa ilə sərhəddən təxminən 70 kilometr aralıda yerləşən Lvova təxliyə edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Norveçin "Verdens Gang" qəzetinə Alyansın mətbuat xidmətindən məlumat verilib.

"NATO və ona üzv dövlətlər vəziyyəti çox diqqətlə izləyir və qiymətləndirir və bütün lazımi tədbirləri görür. Əməkdaşlarımızın təhlükəsizliyi yüksək prioritetdir, buna görə də işçilər indi Lvov və Brüsselə köçürülüblər. Beləliklə, NATO-nun Ukraynadakı ofisləri hələ də fəaliyyət göstərir”, - NATO sözçüsü nəşrə bildirib.

Xəbər xətti