Türkiyədə daha 278 nəfər COVID-19-dan öldü

21:34 - 19 Fevral 2022 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın “Twitter”də paylaşdığı cədvəldə qeyd olunub.

Son sutkada COVID-19 infeksiyası ilə əlaqədar 462 min 252 nəfər test edilib, 80 min 454 nəfərin koronavirus testi pozitiv çıxıb. Bir gündə 96 min 664 nəfər bu xəstəlikdən sağalıb.

Xəbər xətti