Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "KamAz"a arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.