Qadın sürücü qəza törədib hadisə yerindən qaçdı
17:10 - 19 Fevral 2022 - HADİSƏ
Mingəçevir-Yevlax yolunun Salahlı kəndindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.
Trend-in yerli bürosu xəbər verir ki, BMW markalı minik avtomobili VAZ-2107 və VAZ-2114 marqkalı minik maşınları ilə toqquşub.
Qəzaya səbəb olan BMW-nin xanım sürücüsü hadisə yerindən qaçıb. Onun yanında olan daha bir xanım sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb və Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.