Bakıda səkkiz dəfə məhkumluq yaşayan həbsdə öldü - FOTO

14:26 - 19 Fevral 2022 - HADİSƏ

Bakıda daha bir məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada müalicə alan Cənnət Məcidov vəfat edib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, 66 yaşlı Cənnət Məcidov əvvəllər 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görə olub. Sonuncu dəfə o, 2021-ci il mart ayında, “Makarov” markalı tapançanı satarkən tutulub.


Xəbər xətti