Zərdab sakini intihar edib

10:22 - 19 Fevral 2022 - HADİSƏ

Zərdab sakini kimyəvi maddədən zəhərlənərək ölüb.

Zərdab rayonunun Çallı kənd sakini, 1977-ci il təvəllüdlü Kamalə Nazim qızı Rəfiyeva intihar etmək məqsədi ilə sirkə turşusu içib. Nəticədə o, kəskin zəhərlənmədən dünyasını dəyişib.

Məlumata görə K. Rəfiyeva ailə münaqişəsi zəminində özünə qəsd edib.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.///apa

Xəbər xətti