Bitkoin ucuzlaşıb

22:37 - 18 Fevral 2022 - DÜNYA

Bitkoinin qiyməti son 24 saat ərzində 5% azalaraq, fevralın 4-dən bəri ilk dəfə 40 min ABŞ dollarından aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə hərracın məlumatında deyilir. Ticarət həcminə görə, ən böyük kriptovalyuta birjası olan "Binance"də bitkoin 5,5% azalaraq 39,77 min ABŞ dolları olub. "CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti 5,6% aşağı düşərək 39,8 min ABŞ dolları təşkil edib. Bitkoin artıq üçüncü gündür ki, ucuzlaşır.

Xəbər xətti