Türkiyədə daha 264 nəfər koronavirusdan ölüb

21:41 - 18 Fevral 2022 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 264 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 463 min 855 nəfərin test edildiyi, 87 min 411 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 102 min 094 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Xəbər xətti