Donetsk və Luqansk sakinləri Rusiyaya təxliyə edilir

20:24 - 18 Fevral 2022 - DÜNYA

Ukraynanın şərqində - Donetsk və Luqanskda yaşayan insanların Rusiyaya təxliyəsinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan qondarma “donetsk xalq respublikası”nın separatçı rəhbəri Denis Puşilin toqquşmaların şiddətlənməsi səbəbindən analoji addımın atıldığını bildirib.
“Ukraynanın şərqində separatçıların nəzarətində olan Donetskdə toqquşmaların şiddətlənməsi ilə əlaqədar təxliyə qərarı verilib. Qadın, uşaq və qocaların Rusiyanın cənub-şərqinə müvəqqəti təxliyəsinə başlanılıb”, - yayılan məlumatda deyilib.

Puşilin bildirib ki, təxliyə qərarı Ukrayna ordusunun hücumu ehtimalına görə verilib.

Eyni zamanda da, separatçıların nəzarətində olan Luqanskda təhsil ocaqları fəaliyyətini dayandırıb.

Xəbər xətti