Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib.
Sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hər iki sürücünün inzibati qaydada 30 sutka həbs olunması barədə qərar çıxarılıb.///Apa