Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

17:43 - 18 Fevral 2022 - HADİSƏ

Sabirabadda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınb.

İki avtomobilin toqquşması nəticəsində rayonun Şəhriyar kənd sakini, 1967-ci il təvəllüdlü Hüseynov Gündüz Gülmirzə oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiyz şöbəsinə yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti