Salyanda baş verən qəza ilə bağlı FHN məlumat yaydı - FOTO

10:44 - 18 Fevral 2022 - HADİSƏ

Salyanda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyində “Mercedes-Benz” markalı mikroavtobus “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

APA xəbər verir ki, hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan ikisi kişi, üçü qadındır.


Xəbər xətti