Bakıda qadını qonşusu avtomobillə vuraraq öldürdü

00:41 - 18 Fevral 2022 - HADİSƏ

Bakının Pirallahı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Hadisə Qurban Abbasov küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Mustafayeva Mahirə Firuddin qızı qonşusunun idarə etdiyi avtomobilin arxa hissəsində dayanıb. Bu zaman sürücü ehtiyatsızlıqdan M. Mustafayevanı vuraraq üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.///Apa

 

Xəbər xətti