Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb

20:45 - 17 Fevral 2022 - HADİSƏ

Kürdəmirdə qatarın vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 44 yaşlı Babaşov Azər Afin oğlu dəmir yolundan keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarət alan yaralı ətrafdakı insanların köməyi ilə dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma araşdırılır.///report

Xəbər xətti