“Mən ABŞ, Polşa, Sloveniyadan olan həmkarlarımla görüşdüm, əlbəttə onların Gürcüstanın NATO üzvü olması ilə bağlı mövqeyi möhkəm və dəyişməzdir”.
Bunu Brüsseldə səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze deyib.
O bildirib ki, hazırda qarşıda duran əsas tapşırıq ölkənin ərazi bütövlüyüdür və bunu NATO üzvü olmaqla əldə etmək olar.
“NATO ölkəmizin bütövlüyünə nail olmaq üçün yeganə yoldur, biz bu tapşırığa nail olmaq üçün başqa yol görmürük”, - nazir qeyd edib.///apa