Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb

14:02 - 17 Fevral 2022 - HADİSƏ

Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Növbətçi hissəsinə şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər xətti