Metroda cibgirlik edən şəxs tutulub - Foto

13:00 - 17 Fevral 2022 - HADİSƏ

Metroda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da metronun “Nizami” stansiyasında qatarda bir qadının cibindən içərisində pulu, bank kartı və sənədləri olan pulqabısını, fevralın 14-də isə “28 May” stansiyasında qatara daxil olan zaman digər bir qadının gödəkçəsinin cibindən “Samsung A10” markalı mobil telefonunu cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti