Yevlaxda qardaş bacısının evini yandırdı

10:51 - 17 Fevral 2022 - HADİSƏ

Ötən gün Yevlaxda evi qəsdən yandıran şəxsin ev sahibinin qardaşı olduğu məlum olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A.Nəsibovaya məxsus evdə baş vermiş yanğınla əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqil tərəfindən qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş A.Nəsibov saxlanılıb.

Araşdırma aparılır.

 

Xəbər xətti