Sevgililər Günündə özünü körpüdən atan qadının əri və oğlu ölübmüş

10:11 - 17 Fevral 2022 - HADİSƏ

Gəncədə dünən intihara cəhd edən və bu gün xəstəxanada vəfat edən şəxsin ölüm səbəbi məlum olub. 

Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, 14 fevral tarixində özünü Gəncə çayı üzərindəki körpüdən ataraq intihar etmək istəyən, 1971-ci il təvəllüdlü Vəfa Əliyeva çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, bu gün həmin xəstəxanada vəfat edib.

Qadının intihar etməsinə səbəb bir neçə il əvvəl həyat yoldaşının, daha sonra isə övladının dünyasını dəyişməsidir.

Qadın yaşama səbəbi olmadığı üçün Sevgililər Günündə intihara cəhd edib.

Xəbər xətti