Türkiyədə son sutkada COVID-19-dan 271 nəfər ölüb

00:00 - 17 Fevral 2022 - DÜNYA

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 271 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 463 min 241 nəfərin test edildiyi, 94 min 176 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 104 min 409 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Xəbər xətti