Bakıda gənc oğlan özünü yandırdı

19:17 - 16 Fevral 2022 - HADİSƏ

Bakıda intihara cəhd hadisəsi olub.

Hadisə ötən gecə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində qeydə alınıb. 28 yaşlı Kərimov Qalib Balahəsən oğlu özünü yandıraraq intihara cəhd edib. Hadisə yerinə gələn polis əməkdaşları intiharın qarşısını alıblar.
Q. Kərimov yanıq xəsarətləri ilə  xəstəxanaya yerləşrilib.
Onun hansı səbəbdən bu addımı atması hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Xəbər xətti