Ermənistanın şimalında, Gürcüstanla sərhəddə 3.1 bal gücündə daha bir afterşok meydana gəlib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:37-də Şirak vilayətində baş verib.
Yerin 10 km dərinliyində qeydə alınan yeraltı təkanların episentri Gümrüdən 42 km şimalda və Taşirdən 28 km qərbdə olub.
Qeyd edək ki, 13 fevralda Gürcüstan-Ermənistan sərhədində güclü zəlzələ baş vermişdi.