Donbasda Rusiya pasportları paylanılır - Kreml etiraf etdi

14:14 - 16 Fevral 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donbasda Rusiya pasportlarının paylanıldığını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında bildirib.

“Donbasda Rusiya pasportlarının paylanılması Minsk razılaşmalarını pozmur. Bunun üçün Minsk razılaşmalarının qısa mətnini bir dəfə oxumaq kifayətdir. Moskva bunu humanitar məqsədlər üçün edir”, - D.Peskov söyləyib.

Onun sözlərinə görə, həmin ərazilərdə sosial durum ağırdır və pasport paylanılması insanların rifahının yaxşılaşdırılmasına xidmət edir.

Xəbər xətti