Bakıda gənc qızı özünü körpüdən atıb
08:20 - 16 Fevral 2022 - HADİSƏ
Sabunçuda intihara cəhd hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonunda “Sabunçu körpü”sü kimi tanınan yerdə qeydə alınıb.2009-cu il təvəllüdlü Abbaszadə Nailə Pərviz qızı körpünün üzərindən özünü atıb. O, ağır kəllə-beyin travması və çox saylı sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.