Ukrayna NATO-dan yardım istədi
23:48 - 15 Fevral 2022 - DÜNYA
Ukrayna mülki əhaliyə təsir edə biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə təsir göstərə biləcək müxtəlif xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlığına əsasən, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi müraciət alıb.