Neft kəskin ucuzlaşıb

23:15 - 15 Fevral 2022 - İQTİSADİYYAT

Rusiya və Ukrayna sərhədində hərbi münaqişə ilə bağlı gərginliyin azalması dünya bazarında neft qiymətlərinin ucuzlaşmasını sürətləndirib.

Ucnoqta.az "Report"a istinadən bildirir ki, Şimal dənizində hasil olunan "Brent" neftinin aprel fyuçersləri 4,06% ucuzlaşaraq, 1 bareli 92,42 ABŞ dollarına satılıb.

WTI neftinin mart fyuçerslərinin qiyməti isə 4,65% aşağı düşərək, 1 bareli 91,02 ABŞ dolları təşkil edib.

Xəbər xətti