Ukraynalı snayper rus hərbçisini VURDU

18:07 - 15 Fevral 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələrinin snayper atəşi nəticəsində özünü Luqansk Xalq Respublikası elan edən Xalq Milislərinin əməkdaşı həlak olub.

Bu barədə Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəlikdən bildirilib.

LPR-nin məlumata görə, hadisə 18 günlük sükutdan sonra baş verib: "Saat 15:00-da Ukraynanın silahlı birləşmələri Orexovo qəsəbəsi istiqamətindən (Kiyevin nəzarəti altındadır, - red.) Qolubovskoye qəsəbəsi istiqamətində (LPR-nin nəzarəti altında, - red.) snayper atəşi açıb. Nəticədə LXR Xalq Milislərinin hərbçisi həlak olub".///unikal

Xəbər xətti