Ağcabədidə 5 kq-dan artıq heroin aşkarlandı - FOTO

09:28 - 15 Fevral 2022 - HADİSƏ

Ağcabədidə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildiirlib ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Füzuli rayon sakinləri Seymur Vahidov və əvvəllər məhkum edilmiş Nicat Hüseynov saxlanılıblar.

Araşdırma zamanı onlara məxsus 5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Vahidov və N.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti