Qaxda qadın keçmiş əri tərəfindən döyülüb
08:14 - 15 Fevral 2022 - HADİSƏ
Qaxda 34 yaşlı qadın keçmiş əri tərəfindən döyülüb
APA-nın məlumatına görə, Qax rayon Qaxbaş kənd sakini, 1988-ci il təvəllüdlü Zümrüd Abdulla qızı Qarcıyeva müxtəlif bədən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.Müayinə zamanı 34 yaşlı qadının keçmiş əri Nüsrət Şirinov tərəfindən döyülməsi məlum olub.
Z.Qarcıyevaya xəstəxanada ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan evə vuraxılıb.
Faktla bağlı araşdırma aparılır.