Neftin qiyməti 95 dolları keçdi

00:44 - 15 Fevral 2022 - İQTİSADİYYAT

Ötən gün dünya bazarında neftin qiyməti təxminən 2% bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Bildirilib ki, WTI markalıə neftin dəyəri 2014-cü il sentyabrın 17-dən bəri ilk dəfə bir barel üçün 95 dolları ötüb.

Moskva vaxtı ilə saat 22.08-ə olan məlumata görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2,05% artaraq 96,37 dollar/barel təşkil edib. 

WTI markalı mart fyuçersləri 2,55% artaraq 95,48 dollar olub.

Xəbər xətti