Oğuzda evdə tüstülənmə olub, 74 yaşlı kişi ölüb

22:09 - 14 Fevral 2022 - HADİSƏ

Oğuz rayonunda ahıl kişi tüstüdən boğulub.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1948-ci il təvəllüdlü Tofeq Abdulla oğlu Babayev yaşadığı evdə tüstüdən zəhərlənərək ölüb. T.Babayevi huşsuz vəziyyətdə qonşusu aşkarlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz Rayon Şöbəsinə təhvil verilib. Məlumata görə, tüstülənmə evdəki odun sobasında baş verib. T.Babayev evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti