Ukrayna Donbasa xüsusi statusun verilməsi barədə layihə təqdim edəcək

20:36 - 14 Fevral 2022 - DÜNYA

Almaniya Kansleri Olaf Şolts Kiyevdə Ukrayha Prezidenti Vladimir Zelenski ilə danışıqların nəticələrini açıqlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Şolts Donbasa xüsusi statusunun verilməsi, Konstitusiya islahatı və seçki hüquq barədə layihələrin müzakirə olunmaq üçün Ukrayna üzrə kontakt qrupuna təqdim olunacağına dair Zelenskinin söz verdiyini deyib.

Şolts eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyünün hazırda gündəmdə olmadığını əlavə edib.

Xəbər xətti