Oğul ata evini qarət etdi

18:12 - 14 Fevral 2022 - HADİSƏ

Fevralın 12-də Salyan rayon ərazisindəki evlərin birindən 5700 manat pul, 1000  dollar və qızıl üzük oğurlanıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş R.Qəfərov və qohumu, Salyan şəhər sakini T.Əmirova saxlanılıblar.

Araşdırma aparılır.

 

Xəbər xətti