Bakıda uşaq bağçasından oğurluq edilib
12:36 - 14 Fevral 2022 - HADİSƏ
Bakıda uşaq bağçasında oğurluq olub.
DİN-dən verilən xəbərə görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.